Bakıda sərxoş sürücü qəza törətdi
Bakının Xətai rayonunda sərxoş sürücü yol qəzası törədib. APA TV-nin məlumatına görə, hadisə Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarında dayanan başqa bir “Mercedes”ə çırpıb. Sürəti yüksək olan “Mercedes” daha sonra işıq dirəyinə dəyib.
Qəza nəticəsində avtomobillərə ziyan dəyib, işıq dirəyi isə əyilib.
Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Məlum olub ki, qəzaya səbəb olan “Mercedes”in sərxoş sürücüsü hadisə yerini tərk edib. Maşın isə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.
Faktı Xətai Rayon Dövlət Yol Polisi İdarəsi araşdırır.
OXŞAR XƏBƏRLƏR
13:33
182
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
167
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
996
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
931
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
949
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
384