Göygöldə ağır qəza: 1 ölü, 2 yaralı
Bakı-Qazax yolunun 370-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Göygöl rayonu ərazisində Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun idarə etdiyi 52-BG-073 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və Bakı sakini Əbdürrəhimov Ramin Vaqif oğlunun idarə etdiyi 90 UG-925 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2107”-də olan sərnişin, 1966-cı il təvəllüdlü Gəncə şəhər sakini Xəlilova Yeganə Fəxrəddin qızı hadisə yerində ölüb.
Avtomobilin sürücüsü R.Həsənov və onun digər sərnişini, 1940-cı il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Məlahət Məcid qızı xəsarət alıblar.
“Ford”un sürücünün isə yüngül xəsarət aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub