Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı ilkin açıqlama!
Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana ölümünün ilkin səbəbini açıqlayıb.Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün iyulun 28-də xəstəxanaya gətirilib. N.Əliyeva əməliyyata alınıb və uşaq ana bətnindən götürülüb. Lakin ana narkozdan ayılmayıb. Bu, qadının birinci doğuşu olub. İlkin məlumata görə, ana tromboemboliyadan dünyasını dəyişib.
Amma son rəy Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcək. Hazırda faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisənin dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub