İsrailə etiraz edən yəhudi yazar tutuldu
ABŞ-da İsrailin Qəzza sektoruna hücumlarına etiraz edən yəhudi yazar və elm adamı Norman Finkelştein saxlanılıb. İsrailin Fələstinlə bağlı siyasətini ciddi şəkildə tənqid edən Finkelşteinin və 20-yə yaxın tərəfdaşının saxlanılmasına səbəb olan etiraz Nyu-Yorkda yerləşən İsrailin BMT-dəki daimi təmsilçiliyinin önündə keçirilib.
Aksiyaya internetdən çağırış edilib, amerikalı aktivistlər də tədbirə dəstək verib. Nümayişçilər şəhərin ən işlək küçələrindən olan 2-ci küçəni avtomobillərlə bağlamağa çalışıb. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub. Bir qrup vətəndaş da etirazçılara dəstək olub.
Əlləri bağlanan nümayişçilər polis maşınlarına mindirilərək dindirilmək üçün mərkəzə aparılıb.
Finkelştein bildirib ki, İsrail faşistlərin törətdiyi zülmdən yararlanaraq özünün Fələstində törətdiyi cinayətlərə haqq qazandırır.
Bu arada HAMAS-ın hərbi qolu olan "İzzəddin əl-Qəssam" birləşməsi İsrailə aid hərbi qərargahda 10 İsrail əsgərini öldürdüyünü açıqlayıb. Keçirilən əməliyyatın görüntüləri sosial şəbəkələrdə yayılıb. 9 nəfərlik bir qrup tuneldən keçərək "Nahal Oz" hərbi qərargahında 10 İsrail əsgərini öldürür.
Qeyd edək ki, iyulun 8-dən, İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri 1700-ə qədər fələstinli və bir neçə İsrail vətəndaşı həlak olub. İsrail Qəzzanı əvvəl təyyarələrlə bombalayıb, sonra quru əməliyyatlara başlayıb. Qəzzada öldürülənlərin çoxu mülki şəxslər, az yaşlılar və qadınlardır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub