Xətai rayonunda idarəetməni itirən sürücü qəza törədib
Bakının Xətai rayonunda idarəetməni itirən sürücü qəza törədib. APA TV-nin məlumatlna görə, hadisə Babək prospektində qeydə alınıb. 10 XS 105 dövlət nömrə nişanlı “Mercedes”in sürücüsü idarə etdiyi avtomobillə “Maşın bazarı”ndan üzü şəhər istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı maniyəyə çırpılaraq qarşı yola çıxıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Sürücü isə ifadəsinin alınması üçün yol polisi şöbəsinə dəvət olunub. Qəzanın əsl səbəbi hadisə yerinə yaxın quraşdırılmış təhlükəsiz şəhər kamerasının görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub