Ramazan ayı başa çatdı: Bayram bazarlığı neçəyə başa gəlir?
BayramRamazan ayı başa çatdı. Bu gün bayram namazı qılındı, oruc tutanlar Ramazan bayramını qeyd edirlər. Bayram bazarlığı eləyənlər qiymətlərdən razıdırlarmı?
Sakinlərin bir hissəsi şəhərin mərkəzindəki bazarda qiymət artımından şikayət edir. Onların sözlərinə görə, bayram bazarlığında bütün meyvə-tərəvəz və digər ərzaqların qiymətində xeyli artım hiss olunub.
Bir ay boyu yeməkdən imtina edən müsəlman əhli orucluğun sonuncu gününü bayram kimi qeyd edir. Bayram axşamında süfrələrinin bol olması üçün bazarlara axışan paytaxt sakinlərinin bir qismi evə əliboş qayıtsa da, qiymətlərdən razı olanlar da var.
Alıcıların az olmasından şikayətlənən satıcılar isə bazarda bayram ab-havasının hiss olunmadığını deyirlər.
Ramazan bayramında əsas yeməklərdən hesab olunan plovun ərsəyə gəlməsi isə daha çox pul tələb edir. Belə ki, kilosu 4 manatdan 12 manata qədər olan kişmişdən, 10-12 manat olan şabalıda rast gəlmək olar.
Bayramınız mübarək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub