Rusiyada gənc qızı anasının yanında öldürən azərbaycanılının məhkəməsi başlayır
Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətinin inzibati mərkəzi olan Yuqra şəhərində Maarif Məmmədov adlı azərbaycanlının törətdiyi dəhşətli cinayət işi üzrə məhkəmə prosesi iyulun 31-də başlayacaq.
APA TV-nin xəbərinə görə, qətl hadisəsi mayın 14-də baş verib. Həmin gün Yuqra şəhərindəki uşaq bağçalarının birində işləyən 23 yaşlı Yuliya Paxteyeva anası ilə birlikdə evlərinə qayıdarkən 19 yaşlı azərbaycanlı Maarif Məmmədov ona hücum çəkərək gənc qadına dalbadal bıçaq zərbələri endirib.
Qız aldığı bıçaq zərbələrindən yerindəcə ölüb. Anası nə qədər cəhd etsə də, qızını əvvəlcədən onları izləyən qatildən xilas edə bilməyib.
Hadisə yerli mətbuatda geniş rezonansa səbəb olub. Mətbuat azərbaycanlıların və digər qafqazlı miqrantların bu vilayətdə törətdikləri əməlləri, azərbaycanlıların “Noy” adlı kafesinin kriminalların cəmləşdiyi məkana çevrildiyini yazıb. Yerli hakimiyyət orqanları bu cinayətdə dolayısı ilə günahkar bilinib.
Qətlin geniş ictimai rezonansa səbəb olması yerli hakimiyyət orqanlarını da hərəkətə gətirib. Xantı-Mansiysk qubernatoru, vilayətin İstintaq İdarəsi Yuqraya gedib və bu qətllə bağlı işi nəzarətə götüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub