Qaxda iki maşın toqquşdu
Qax şəhərində axşam saatlarında yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev Prospektində qeydə alınıb. Qax şəhər sakini Murtuz Yaqubov idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkət edən, Qax rayon Qaxbaş kənd sakini Firuz Kasiaşvilinin idarə etdiyi avtomobili arxadan vurub. Nəticədə hər iki avtomobilə zərər dəyib. Sürücülərdən heç biri xəsarət almasa da, Murtuz Yaqubovun həyat yoldaşı 29 yaşlı Sevinc Yaqubova yüngül yaralanıb. Avtomobildə olan Murtuz Yaqubovun 2 azyaşlı övladları da qəzada xəsarət almayıb. Xəstəxanaya çatdırılan Sevinc Yaqubovanın xəsarətləri yüngül olduğundan, ona ilkin yarım göstərilib və ambulator müalicəyə buraxılıb. Faktla bağlı Qax RPŞ-də araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
13:33
226
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
197
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1013
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
933
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
952
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
387