Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. İyunun 29-da başlayan Ramazan ayı başa çatır.
Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 28-i və ya 29-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır.
Qafqaz Müsəlmanları İdarəsi bu il Ramazan ayının bayram namazının iyulun 29-da Təzəpir məscidində saat 9.00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacağını açıqlayıb.
Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
Bu il üçün fitrənin miqdarı 5-10 manat miqdarında müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”