Saakaşvili istintaqa zorla gətirilə bilər
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili istintaqa zorla gətirilə bilər. APA TV-nin məlumata görə, bu barədə ona göndərilən bildirişdə deyilir.
“Qanunla müəyyən edilmiş qaydada cinayət işləri ilə bağlı müstəntiq və ya prokuror tərəfindən çağırılan şəxslər dəqiq qeyd edilmiş vaxtda gəlməlidirlər. Əks halda, hüquqi xarakterli məcbur etmə mexanizmi tətbiq olunacaq. Şahid ifadə verərkən vəkil olacaq. Lakin vəkilin gəlməməsi istintaq hərəkətinin aparılmasına mane olmur”, - deyə Saakaşvilinin adına göndərilən bildirişdə qeyd edilir.
Həmin bildirişdə sabiq prezidentin 7425103802 saylı işlə əlaqədar ifadə verməli olduğu əksinin tapıb. Prokurorluq əməkdaşları bildirişi eks-prezidentin anası Qiuli Alasaniyaya təqdim ediblər.
Saakaşvili bazar ertəsi saat 11:00-da baş prokurorluqda olmalıdır. Onun özü isə hazırda Gürcüstanda deyil və məlum deyil ki, ifadə verməyə gedəcək, ya yox.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub