Liviyadakı qarşıdurmada 38 nəfər ölüb
Liviyanın Benqazi şəhərində hökumət qüvvələri ilə islamçı yaraqlılar arasında qarşıdurma nəticəsində 38 adam öldürülüb.
APA TV-nin məlumatına görə, Misirin dövlət mediası paytaxt Tripolidə raketin evə düşməsi nəticəsində 23 misirlinin həlak olduğunu bildirib. Liviya 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra ən ağır zorakılıqlarla üzləşib.
BMT, ABŞ və Türkiyə diplomatik heyətlərini o ölkədən çıxarıb. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Liviyadakı vətəndaşlara ölkəni tərk etmək xəbərdarlığı verilib.
Dövlət Departamenti Liviyada vəziyyətin qeyri-sabit olduğunu bildirib. ABŞ dövlət katibi Con Kerri deyib ki, zorakılıqlar səfirliyi hədəf almasa da işçilərin real risklə üzləşib.
Türkiyənin Xarici İşlər Nazirliyi Tripolidəki diplomatik missiyasının dayandırıldığını və 500 nəfər Türkiyə vətəndaşının Tunisə köçürüldüyünü bəyan edib. Son həftələr Tripolinin hava limanının nəzarəti uğrunda rəqib qruplaşmalar arasında döyüşlər şiddətlənib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub