18 yaşlı keçmiş məhkum adam öldürdü
Şirvanda qətl törədən şəxs polis tərəfindən yaxalanıb. Şirvan prokurorluğundan APA TV-yə verilən məlumata görə, iyulun 26-da Şirvan sakini, 23 yaşlı Qismət Mehrabovu bıçaqlayaraq hadisə yerindən qaçan Şirvan sakini, əvvəllər məhkum olunmuş 18 yaşlı Mirqalib Xəlilov gecə saatlarında polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, iyulun 26-da şəxsi münaqişə zəminində mədə hissəsindən bıçaq yarası alan Qismət Mehrabov Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin axşam saatlarında xəstənin vəziyyəti qəfildən pisləşib və reanimasiya şöbəsində dünyasını dəyişib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:33
300
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
253
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1065
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
934
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
952
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
387