Kəlbəcərdə öldürülən girov azərbaycanlını ermənilər dəfn etdi
Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib. Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, BQXK-nin Dağlıq Qarabağdakı ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi tanınmış adamın dəfn olunması barədə məlumatlandırılıb. BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb. İlahə Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.
OXŞAR XƏBƏRLƏR
14:24
909
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1456
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1682
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1242
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1635
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1129