Zaqatalada yük maşını piyadanı vurdu
Zaqatalada ağır tonnajlı yük maşını yolu keçmək istəyən piyadanı vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini 49 yaşlı Muxtar Əli oğlu Məhərrəmov idarə etdiyi “Mersedes” markalı ağır tonnajlı yük maşını ilə Balakən istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini 49 yaşlı Hacılı Oqtay Məhəmməd oğlunu vurub.Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Oqtay Hacılı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:33
301
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
254
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1066
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
934
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
952
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
387