Bakıda “Lexus” və “Audi” toqquşdu: 1 yaralı
Bakının Nərimanov rayonu ərazisindıə yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.
“Lexus” və “Audi” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yol-Patrul Xidməti əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, “Lexus” markalı avtomobil Z.Bünyadov prospekti ilə hərəkət edirmiş. Maşının sürücüsü “Yol ver” nişanına əməl etməyib və Azadlıq prospekti ilə hərəkətdə olan “Audi”ni vurub. Hadisə nəticəsində “Audi”nin sürücüsü xəsarət alıb. Onun xəsarətinin yüngül olduğu bildirilir.
Qəza ilə əlaqədar Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.
Qəzanın təfərrüatları araşıdrılır.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”