Ermənilər cəbhədə itki verib
Ermənistan Silahlı Qüvvələri cəbhədə ciddi itki verib. Bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib. Nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş atışma zamanı bir erməni əsgəri ölüb, ikisi isə yaralanıb.
Ohanyan xəstəxanaya yerləşdirilən yaralı əsgərlərin vəziyyətinin ağır olduğunu deyib.
Xatırladaq ki, erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub