Ukraynada azərbaycanlı mer qətlə yetirildi
Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, Poltava Kremençuk şəhərinin hazırkı meri Oleq Babayev qətlə yetirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər, yerli vaxtla saat 10.00-da onun yaşadığı evin qarşısında baş verib. O. Babayev evindən bayıra çıxdığı zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər onu avtomatdan gülləyə tutublar. O. Babayev yerindəcə keçinib. Hadisə ilə bağlı cinayət işi başlanıb və hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.
Qeyd edək ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan O. Babayev Viktor Yuşenkonun prezidentliyi dövründə Ukrayna parlamentinin deputatı olub. O. Babayev həm də Ukraynada böyük biznes imkanlarına malik şəxs kimi tanınıb.
Xatırladaq ki, bu il mayın 14-də BUAK sədri, iş adamı R. Tağıyevə də qarşı silahlılar tərəfindən sui-qəsd cəhdi olub, o təsadüf nəticəsində sağ qalıb. R. Tağıyev deyib ki, BUAK ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Baş Prokurorluğuna müraciət hazırlayır. Müraciətdə baş verən hadisədən narahatlıq ifadə olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub