Ermənilər Tovuzu atəşə tutublar, iki mülki şəxs yaralanıb
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. APA TV-nin məlumatına görə, Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Azərbaycan Ordusu düşmənə adekvat cavab verib.
Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA TV-ə verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub. Qeyd edək ki, hadisədən bir az sonra Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva yaralılara rayon xəstəxansında baş çəkib. Millətvəkili APA TV-yə bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə F. Məmmədov xüsusi ambulans helikopterlə Bakıya gətirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub