"Formula-1”in Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşdi
"Formula-1” yarışlarının “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib.
APA-nın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, bu barədə “Formula-1” yarışlarının rəhbəri Bernard Ekklstoun bildirib. Bernard Ekklistoun deyib ki, “Qran-pri” mərhələlərindən biri Azərbaycanda 2015-ci ildə keçirilsəydi, yarışların sayı həmin mövsümündə 20-dən çox olacaqdı: “Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik”.
Qeyd edək ki, bundan əvvəl yarışmanın 2015-ci ildə keçirilməsi planlaşdırılırdı.
OXŞAR XƏBƏRLƏR
13:33
325
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
282
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1084
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
939
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
958
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
393