Qaxda 150 hektarlıq ərazi yandı
Qaxda güclü yanğın baş verib. APA TV-nin məlumata görə, iyulun 24-də axşam saatlarında rayon mərkəzindən 80 km aralıda “Minbərək” adlanan ərazidə təxminən 150 hektar ərazini əhatə edən biçilmiş taxıl, quru ot və kol-kos olan sahədə baş verib. Yanğının genişlənərək yaxınlıqdakı İlisu Dövlət Təbiəti Qoruğuna aid meşə zolağına keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Qax rayon DYMH-nin texnikaları və canlı qüvvəsi , Zaqatala, Balakən, Şəki rayon DYMH-dən hər birindən bir yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Saatlarla davam edən yanğının qarşısı gecə saat 04-00 radələrində təmamilə alınıb.Yanğın nəticəsində təxminən 150 hektar ərazidə biçilmiş taxıl sahələri, quru ot və kol-kos yanıb.Yanğınsöndürənlərin səyi nəticəsində alovun meşə zolağına keçməsinin qarşısı alınıb. Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub