Bakıda “Nissan” motosikleti sürüdü: motosikletçi ağır yaralandı
Bakının Nәsimi rayonu әrazisindә xәsarәtlә nәticәlәnәn yol-nәqliyyat hadisәsi baş verib. APA TV-nin məlumatına görә, qәza Rәşid Behbudov vә Şamil Әzizbәyov küçәlәrinin kәsişmәsindә qeydә alınıb. “Nissan X-trail” markalı avtomobil "Behro" markalı motosikletı vurub. Zәrbәnin gücündәn motosiklet hadisә yerindәn tәxminәn 30 metr kәnara düşüb. Daha sonra "Nissan" onu yol kәnarında dayanmış BMW markalı avtomobilә sıxıb.
Hadisә nәticәsindә motosikletin sürücüsü ağır bәdәn xәsarәtlәri alıb. O, tәcili tibbi yardım briqadası tәrәfindә xәstәxanaya çatdırılıb.
Hadisә yerindә Nәsimi Rayon Polis İdarәsinin әmәkdaşları araşdırma aparıblar. İlkin məlumata görə, Rəşid Behbudov küçəsi ilə hərəkət edən motosikletçi işıqforun qırmızı işığına məhəl qoymayıb. Amma qəza yerinin ilkin müayinəsi “Nissan X-trail”in sürücüsünün də avtomobili çox yüksək sürətlə idarə etdiyini göstərib. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub