DSX rəisi Xudatda vətəndaşları qəbul edib
Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edib. Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Xudat Sərhəd Dəstəsində keçirdiyi görüşdə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 70-dən çox vətəndaş iştirak edib.
APA TV-nin məlumatına görə, vətəndaşların müraciətləri əsasən işə qəbul, xidmət yerinin dəyişdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların müraciət, şikayət və təklifləri diqqətlə dinlənildi, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub