Səlim Müslümov əlilliyin verilməsi ilə bağlı yenilikləri açıqladı
Oktyabr 1-dən Tibbi Sosial Ekspert Komisyaları tamamilə avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib: "Bunun proqram təminatı hazırdır. Qısa müddətdə çalışacağıq ki, maddi-texniki baza tam buna uyğunlaşsın. Bundan sonra sistem həmin şəxsə əlilik qrupunun verilib-verilməməsi barədə qərar qəbul edəcək. Əgər müsbət qərar qəbul edilsə, əlilik qrupunun artıq bir və ya üç olduğunu da göstərəcək, eyni zamanda həmin şəxsin hər hansı reabiltasiya vasitəsinə ehtiyacı varsa, onu da göstərəcək".
Kağız daşıyıcılarında arayışların verilməsi də oktyabrın 1-ə kimi tamamilə ləğv ediləcək: "Biz bir ay vaxt vermişik, həm avtomatlaşdırılmış, həm də kağız daşıyıcılarında arayışların verilməsi prosesi getsin".
Nazir bildirib ki, tibbi təhsili, əlilliyi olan insanlar TSEK-lərdə çalışa bilər. Amma hələ ki, belə bir müraciət olmayıb.
Qeyd edək ki, ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyalarının müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunmasına başlanılıb. Bu istiqamətdə ilk olaraq, ƏƏSMN-nin (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-i əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub