Putinin qızını Avropadan deportasiya edəcəklər
Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna səmasında rusiyapərəst qüvvələr tərəfindən vurulması nəticəsində 190 Hollandiya vətəndaşının həlak olması bu Avropa ölkəsində kəskin hiddət hissi doğurub. Hollandiyada Rusiyaya münasibət kəskin dəyişib. Hollandiya şəhərlərindən birinin meri isə daha da irəli gedərək Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb.
“The Guardian”a qəzetinin yazdığına görə, söhbət Mariya Putinadan gedir. Nəşrin yazdığına görə, deportasiya olunması tələb edilən Mariya Putina Hollandiya tələbəsi olan sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.
Putinin qızını ölkədən qovmaq tələbi ilə isə Hilversum şəhərinin meri Piter Broertesdir. Mer bu tələbini iyulun 23-də “Radio 1” radiosstansiyasına müsahibəsi zamanı dilə gətirib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub