Təhsil Nazirliyi müəllim hazırlığı ilə bağlı yenilikləri açıqladı
Təhsil Nazirliyi növbəti tədris ili üçün ali məktəblərdə müəllim hazırlığı ilə bağı tətbiq olunacaq yenilik və dəyişiklikləri açıqlayıb. Bu barədə APA TV-yə nazirliyin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib ki, ilk növbədə müəllimlər üçün peşə standartları yeniləşdirilir.
Artıq müəllim hazırlığında praktik hazırlığa daha çox diqqət yetiriləcək. Fərzəli Qədriovun sözlərinə görə, “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub: “Onlar 1 il müddətində məktəblərdə məhz praktik fəaliyyətlə məşğul olacaq, praktik vərdişlər əldə edəcəklər. Bundan əlavə, ali məktəblərdə müəllimlik ixtisaslarını seçənlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Bunun nəticəsində müəllimlik ixtisasını seçənlər daha çox olar. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində gələcəkdə digər bu kimi tədbirlərin icrası da nəzərdə tutulub".
Təhsil Nazirliyi direktorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onlara idarəetmə sahəsində kompitensiyaların verilməsi ilə əlaqədar yeni yanaşmalar tətbiq edib: "Artıq bir qrup məktəb direktoru və direktorluğa namizəd olan müəllimlər bu təlimlərdən keçib. Onlar artıq yekun qiymətləndirmədən də keçiblər. Hazırda onların Təhsil Nazirliyində müsahibələri təşkil edilib. Fərdi olaraq, onların hər biri ilə ciddi müsahibə aparılıb. Nəticələr hazırda təhlil edilməkdədir. Yaxın günlərdə ictimaiyyətə elan ediləcək".
Bildirib ki, onların gələcəkdə karyer inkişafı, vakant direktor vəzifələrinə təyinatı fəaliyyətinin stimullaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub