Səfir: "Kəlbəcərdə girov götürülənlər arasında Rusiya vətəndaşı yoxdur"
"Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur".
APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya səfiri Vladimir Doroxin Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktubunda bildirib.
“Rəsmi olaraq, Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur”, - deyə Vladimir Doroxin məktubunda yazıb.
Qeyd edək ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılıb.
Bahar Muradova da mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyinə biganə qaldığına görə tənqid edib.
OXŞAR XƏBƏRLƏR
17:46
210
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
406
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
362
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1092
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
942
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
961