FHN-dən Lerik və Lənkəran meşələrindəki yanğınlarla bağlı açıqlama
Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik və Lənkəran rayonları ərazisində baş verən yanğınlarla bağlı məlumat yayıb.
APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edir.
Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.
Lənkəran rayonu Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) ərazisində dağlıq meşə zolağında isə 5 ha sahədə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.
Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub