20 yaşlı tələbə dənizdə boğuldu
Astarada suda boğulma faktı baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 22-də saat 16.30 radələrində şəhərin “Köhnə avtobaza” adlanan ərazisində, nəzarət olunmayan çimərlikdə qeydə alınıb.
Suda batan şəxs rayonun Təngərud kənd sakini, 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayev olub.
Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində Faiq Fətullayevin meyiti boğulduğu yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.
Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
210
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
406
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
362
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1092
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
942
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
961