Sumqayıtda maşın ağaca çırpıldı: sərnişin öldü, sürücü qaçdı
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Yüksək sürətin səbəb olduğu hadisə şəhərin girişində qeydə alınıb.
Sülh küçəsi ilə Sumqayit şəhərinə doğru gedən “Opel” markalı minik maşınını sürücü idarətməni itirib və maşını yol kənarındakı ağaca çırpıb. Zərbənin gücündən ağac kökündən çıxıb, avtomobil isə deformasiyaya uğrayıb. Hadisə nəticəsində maşındakı sərnişin, təxminən 40-45 yaşlı kişi dünyasını dəyişib. Qəzani törədən sürücü isə avtomobili hadisə yerində qoyaraq qaçıb.
Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin müayinə nəticəsində qəzaya avtomobilin yüksək sürətlə idarə olunmasının səbəb olduğu müəyyən edilib. Faktla bağli cinayət işi başlanılıb. Qəzada dünyasını dəyişən şəxsin, eləcə avtomobil sahibinin şəxsiyyəti dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub