Lerikdəki meşə yanğınından son xəbər
Lerikdə baş verən yanğın qismən lokallaşdırılıb, hazırda yanğının közərtilərinin söndürülməsi istiqamətində ciddi tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ETSN-nin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Hadisə yerində Nazirliyin 150-dək əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə közərtilərin tam olaraq söndürülməsinə çalışırlar.
Bu tədbirlər ona görə aparılır ki, külək yenidən alovlanmaya səbəb ola bilər.
Qeyd edək ki yanğın əsasən 3 istiqamətdə baş verib. Artıq hər 3 istiqamətdə alovun lokallaşdırılmasına nail olunub.
Yanğın əsasən Lerik Meşə Mühafizəsi və Bərpası Mərkəzinin Razvandaband meşəbəyiliyinin 23 A dolayında, Hirkan milli parkının Haftoni meşəbəyiliyinin 21-ci dolayında və Hirkan milli parkının Şirtük adlanan ərazisində qeydə alınmışdır. Hər 3 istiqamətdə yanğın lokallaşdırılıb, közlərin söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in fövqəladə hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları ilə birlikdə nazirliyin 20 nəfərlik heyəti də Lerik rayonuna yola düşüb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub