Erməni mer Kəlbəcərdə minaya düşdü
Ermənistan Ordusunun işğalı altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib. APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Armavir şəhərinin merinin "Villis" markalı maşını bu gün Kəlbəcər rayonunun şimalında minaya düşüb. İlkin məlumatlara görə, mina partlayışı nəticəsində avtomobilin sürücüsü ölüb. Müxtəlif qəlpə yaraları almış Armavirin meri Ruben Xlqatyan və daha iki nəfər isə helikopterlə İrəvana aparılıb. Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan "diversantlarının" hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını açıqlamışdı. “Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür” deyə Ohanyan bildirib.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”