Ucarda narkotik becərən iki qonşu tutuldu
Ucar rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxslər saxlanılıb. Rayon Polis Şöbəsindən APA-TV-nin yerli bürosuna verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rahil Hüseynovun evinə və həyətyanı sahəsinə baxış keçirilib. Polis əməkdaşları həyətyanı sahədən 84 ədəd çətənə kolu, evdən kibrit qutusunun içərisindən 24 ədəd çətənə kollarının toxumları, həyətdə olan avtomobil təmir sexindən isə 3 ədəd siqaret qutularının içərisindən, ümumi çəkisi 48,5 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Rahil Hüseynovun qonşusu, 1964-cü il təvəllüdlü Rövşən Məcidovun həyətyanı sahəsinə baxış keçirilərkən oradan 7 ədəd çətənə kolu aşkar edilib. Hər iki şəxs saxlanılaraq istintaq bölməsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub