İŞİD Suriyada "SOCAR"ın avtomobilini ələ keçirdi
Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. APA-nın məlumatına görə, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar. APA həmin fotonu əldə edib. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil. “ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir” - deyə N. Quliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub