Quldur dəstəsi yaradaraq bacısının evinə basqın edən gənc yaxalanıb
Şirvan sakininin evinə quldur basqını edən şəxlər yaxalanıb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 11-də naməlum şəxslər Əliyev Vahid Abdulla oğluna məxsus evə quldur basqını ediblər. 2 basqınçı ailə üzvlərinə zor tətbiq etməklə 6 min manat nağd pul, 5 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları evdən götürərək aradan çıxıblar. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, evə basqın edənlər, Şirvan sakinləri 1989-cu il təvəllüdlü Əlizamin Əmənov və onun tanışı 1988-ci il təvəllüdlü Etibar Həsənovdur. Onlar qabaqcadan əlbir olaraq əvvəlcə Əlizamin Əmənovun kürəkəni Vahid Əliyevin mənzilinin elektrik enerjisini kəsiblər.
Faktla bağlı Şirvan rayon Polis Şöbəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub