Lerikdə meşə yanğınlarının söndürülməsinə helikopter cəlb olunub
Lerik rayonunda meşə massivində baş verən yanğın davam edir. FHN-in saytında yerləşdirilən məlumata görə, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.
Yanğınsöndürmə işləri davam edir.
Qeyd edək ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib. Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.
Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub