“Boeing 777” təyyarəsinin düşdüyü ərazidə meyitlərin axtarışı sona çatıb
“Boeing 777” təyyarəsinin düşdüyü ərazidə meyitlərin axtarışı sona çatdırılıb. APA TV-nin məlumaıtna görə, tapılan meyitlərin Xarkova yola salınacağı gözlənilir. Ukrayna baş nazirinin müavini Vladimir Qrosman bildirib ki, Ukrayna FHN-in son məruzəsinə əsasən, meyitlərin axtarışı üzrə işlər sona çatdırılıb, hadisə yerindən 282 meyit və 87 meyit qalığı tapılıb.
Vladimir Qrosman əlavə edib ki, bütün meyitlər xüsusi soyuduculu qatarlara yüklənib.
Qeyd edək ki, iyulun 17-i Amsterdamdan Kuala-Lumpura uçmalı olan sərnişin təyyarəsi Ukrayna üzərində BUK raket kompleksi ilə vurulub. Göyərtədə 80-i azyaşlı olmaqla 298 nəfər ölüb. Ölənlərin 173-ü hollandiyalıdır.
Hadisəyə görə, Ukrayna və Rusiya hökumətləri bir- birini ittiham edirlər.
OXŞAR XƏBƏRLƏR
17:46
238
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
421
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
375
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1096
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
944
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
963