Şəkidə yanğın zamanı 2 yanğınsöndürən xəsarət alıb
Şəkidə ev yanıb. Yanğının qarşısını alarkən iki yanğınsöndürən yanıq xəsarəti alıb. APA TV-nin məlumatına görə, yanğın Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində, Əlövsət Abduləvvəl oğlu Abdullayevə məxsus, ümumi sahəsi 192 kvadratmetr olan fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinnin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün, bütövlükdə 62 kvadratmetr sahə olmaqla 2 otağın yanar konstruksiyaları və 2 otaqda olan ev əşyaları yararsız hala düşüb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib. Yanğın zamanı evə bitişik tikilmiş yardımçı otaqda olan maye-qaz balonu partlayıb. Nəticədə Şəki rayon DYMH-nin iki əməkdaşı - 1971-ci il təvəllüdlü Elman Məmməd oğlu Sadıqov və 1981-ci il təvəllüdlü Tehran Valeh oğlu Şəmiyev müxtəlif dərəcəli yanıq xəsarəti alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Şəki RMX-dan verilən məlumata görə, Elman Sadıqov və Tehran Şəmiyev hər iki əllərindən və üzlərindən 1,2 dərəcəli yanıq xəsarətləri alıblar. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub