MSN-nin “Telemexanika” Zavodunun baş mühəndisi Kürdə batıb
Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı Kür çayında batıb. Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.
Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.
FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.
OXŞAR XƏBƏRLƏR
14:24
871
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1425
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1649
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1237
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1633
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1127