İmişlidə ağır qəza: 1 ölü, 6 yaralı
İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər ölüb, 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin xəbərinə görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 108 ci km-də, İmişli rayonunun Qaragüvəndikli kəndində qeydə alınıb.
Mahir Ənvərlinin idarə etdiyi "SHAQMAN" markalı avtomobillə Şıxməmməd Şıxməmmədovun idarə etdiyi "Mercedes" markalı maşın yolun sərt döngə olan hissəsində toqquşub. Qəza zamanı "SHAQMAN"da olan sərnişin Mehriban Məmmədova hadisə yerində ölüb. Hər iki sürücü və sərnişinlər - Fərid Nəzərov, "Mercedes"in sürücüsünün həyat yoldaşı Sevinc Şıxməmmədova və övladları 5 yaşlı Aysu ,4 yaşlı Ayxan müxətlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli mərkəzi rayon xəstaxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub