Qaxda gölməçədən gürcü əsilli şəxsin meyiti tapılıb
Qaxda su gölməçəsindən kişi meyiti tapılıb. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Şıxlar kənd inzibati ərazisinə məxsus otlaq sahəsindəki su gölməçəsindən üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, su gölməçəsində tapılan meyit 1965-ci il təvəllüdlü, milliyyətcə gürcü olan rayonun Əlibəyli kənd sakini Sukaşvili Malxas İobyeviçdir. İlkin aparılan araşdırma zamanı məlum olub ki, havaların isti keçməsi ilə əlaqədar Malxas Sukaşvili sərinlənmək üçün su gölməçəsinə girib. Eplesiya xəstəliyindən əziyyət çəkən Malxas Sukaşvili su gölməçəsinə girdikdən sonra huşunu itirərək yıxılıb və boğulub. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub