Seperatçılar vurulan təyyarədəki sərnişinləri soyublar
Malayziya təyyarəsinin vurulduğu rayona gələn ATƏT nümayəndələri bəyan edib ki, rusiyameylli silahlılar onların işləməsinə mane olurlar. Üstəlik onların təhlükəsizliyi də sual altındadır. APA TV-nin məlumatına görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı vurulan Malaziya təyyarəsi ilə bağlı faktları araşdırmaq üçün Ukraynaya mütəxəssis heyəti göndərəcəyini bəyan edib. Hadisə ilə bağlı Ukrayna hökuməti beynəlxalq araşdırma aparılması üçün müraciət edib, ABŞ və digər dövlətlər bu məsələdə yardımçı ola biləcəklərini bildiriblər. Lakin hələ də hadisə yerinə girişin mümkün olub -olmayacağı sual doğurur. Təyyarənin vurulduğu ərazi rusiyayönümlü üsyançıların nəzarəti altındadır.
Malaziyanın nəqliyyat naziri bəyan edib ki, hadisənin araşdırmasına şərait yaradılmalı, əraziyə təhlükəsiz giriş üçün dəhliz açılmalıdır. İlk növbədə o müəyyən edilməlidir ki, təyyarəni kim və necə partladıb.
Ukrayna mətbuatı təyyarədə ölənlərin soyulması, pul və kredit kartlarının oğurlandığı barədə informasiya yayıb.
Qeyd edək ki, iyulun 17-i Amsterdamdan Kuala-Lumpura uçmalı olan sərnişin təyyarəsi Ukrayna üzərində BUK yer-hava raket kompleksi ilə vurulub. Göyərtədə 80-i azyaşlı olmaqla 298 nəfər ölüb. Ölənlərin 173-ü hollandiyalıdır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub