Erməni iti tovuz sakinlərinə hücum edib
Tez tez atəşkəsin pozulduğu Tovuz rayonun Əlibəyli kəndi bu dəfə başqa bir hadisə ilə qarşılaşıb. APA-TV-nin Qərb bürosunun verdiyi məlumata görə, kənddə peyda olan vəhşi it kənd sakinlərinə hücum edib. Məlumata görə Əlibəyli kəndinin 4 sakini, 42 yaşlı Əli Hüseynov, 50 yaşlı Müzəffər Məmmədov, 64 yaşlı Göyçək Mehdiyeva və onun 74 yaşlı həyat yoldaşı Həsənəli Allaverdiyev vəhşi itin hücumuna məruz qalaraq xəsarət alıblar. Onlardan ikisi, 50 yaşlı Müzəffər Məmmədov sağ ayağından və 64 yaşlı Göyçək Mehdiyeva sağ əlindən itin dişləməsi nəticəsində xəsarət alıb. İt dişləyən sakinlər dərhal Tovuz Mərkəzi Eayon Xəstəxanasına çatdırılıblar. Onlara quduzluq əleyhinə vaksin vurulub. Kənd sakinləri belə itin kənddə olmadığın onun Ermənistan tərəfindən Azərbaycana keçdiyini deyirlər. Vəhşi it kənddə xırdabuynuzlu heyvanlara və ev quşlarına da hücum edib.
Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin bildirdiyinə görə, əvvəlki illərdə də belə hallar baş verib. Ermənistan tərəfdən vəhşi heyvanlar kəndə keçərək iri və xırda buynuzlu heyvanlara xəsarət yetiriblər. V. Rzayev vəhşi itin Ermənistan tərəfindən Əlibəyliyə keçdiyini və artıq onun zərərsizləşdirildiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub