Şəki polisi narkotik becərən rayon sakinini saxlayıb
Şəkidə narkotik bitki becərən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, Şəki Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becəririlməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir zamanı Şəki sakini Məmmədov Pərviz Yusif oğlunun evinə baxış keçirib.
Baxış zamanı orada xüsusi aqrotexniki qaydada qulluq edilmiş, 1 metr hündürlüyü olan 18 ədəd narkotik vasitə sayılan çətənə kolu aşkar edilib. Aşkar edilmiş narkotik vasitələr hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq hadisə yerindən maddi sübut kimi götürülüb.
Daha sonra narkotik vasitəni becərən Məmmədov Pərviz ifadəsi alınması üçün polis şöbəsinə aparılıb. Faktla əlaqədar Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub