Azərbaycanda sosial müavinət təyin olunmuş şəxslərin sayı açıqlanıb
Ölkədə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 6340 uşağı var. Bu il iyulun 1-dək Azərbaycan əhalisinin 4,2 faizinə və ya 358293 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin şəxslərin 266570 nəfəri aylıq, 91723 nəfəri isə birdəfəlik sosial müavinətlə təmin olunub. Çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə prezidentin fərmanına əsasən, yanvarın 1-dən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 1 iyul tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 6340 nəfərdir. Eyni zamanda, prezidentin fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılaraq 37 manatdan 45 manata çatdırılıb. Bu artım ümumilikdə 52959 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub