Göyçayda ev külə döndü
Göyçay rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb. APA TV-nin yerli bürosunun məlumatına görə hadisə Göyçayın Qarabaqqal kəndində baş verib. Kənd sakini,79 yaşlı Ömərova Mərcan Hidayət qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Ailə üzvləri evdə olmadıqları üçün yanğından gec xəbər tutublar və ona görə də hadisə barədə yanğından mühafizə hissəsinə vaxtında məlumat verilməyib. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda alov evin hər tərəfini bürümüş olub.
Hadisə zamanı 4 otaqlı ev içindəki əşyalarla birlikdə tamamilə yanıb. Yanğının elektrik naqilindəki qısa qapanma səbəbindən baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub