Gəncədə yeni zavod tikiləcək, bulvar və fəxri xiyaban yaradılacaq
Gəncədə 400-dən çox adamın işləyəcəyi zavod tikiləcək. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2014-cü ilin 6 ayının hesabat yığıncağında bildirib. O, qeyd edib ki, zavodun tikintisi üçün Gəncə Dəmir yol vağzalı yaxınlığında yer ayrılıb.
Nəqliyyat Nazirliyi ilə «Stadler Rail Group» şirkəti arasında bağlanan müqaviləyə əsasən Gəncə şəhərində dəmir yolu üçün yataq və oturacaq tipli sərnişin vaqonlarının istehsalı və texniki xidməti məqsədi ilə müştərək müəssisənin yaradılması planlaşdırılır.
İcra başçısı Gəncədə yeni çəkiləcək yol barədə də məlumat verib. O, bildirib ki, Gəncənin qərb hissəsindən İmamzadə dini kompleksinə kimi yeni yol çəkiləcək. İcra başçısının sözlərinə görə, yolun layihə smeta sənədləri hazırlanır. Elmar Vəliyev qeyd edib ki, 15 kilometrlik yol birinci dərəcəli olacaq.
Yeni irimiqyaslı layihələrdən söz açan Elmar Vəliyev vurğulayıb ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir. Bundan başqa Gəncənin Heydər Əliyev parkı yaxınlığında çoxmərtəbəli binaların tikintisinə başlanıldığıda bildirilib.
E.Vəliyevin sözlərinə görə Gəncə çayının sağ sahilində 1,2 kilometrlik ərazidə bulvar kompleksi 2015-ci ilə kimi təhvil veriləcək. Cari ilin sentyabr ayında Göygöl su xəttinin açılışı nəzərdə tutulur.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, şəhərdə Fəxri Xiyabanın yaradılması və ərazisinin təyin edilməsi ilə bağlı sərəncam da artıq imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub