“Mercedes” “Nissan” və “VAZ 2107”-yə çırpıldı: 1 ölü, 3 yaralı
Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolununun 1-ci km-də qeydə alınıb. Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Bakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi“Nissan” markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi “VAZ 2107”-ə çırpılıb.
Qəza nəticəsində “Mercedesin” sürücüsü hadisə yerində ölüb. “Nissan”da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyeva daha sonra müalicə üçün evə buraxılıb.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub