İsrail Qəzzaya girdi; şəhər intensiv artilleriya və hava zərbələrinə məruz qalıb
İsrail ordusu Qəzza zolağında “Müdafiə səddi” əməliyyatının növbəti mərhələsinə keçib. APA TV-nin məlumatına görə, qoşunların yeridilməsindən öncə Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb.
Hücum əmrini İsrailin baş naziri Binyamin Netanyahu verib. Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindəsn qazılmış tunellərin məhv edilməsidir.
İsrail ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzanın cənubundakı Rəfah və Xan Yunis şəhərlərindən Fələstinə girib. Daha sonra Qəzza və Rəfah şəhərləri bombardman edilib. Təcili yardım briqadaları və ambulanslar bombardman edilən bölgəyə yaxınlaşa bilməyiblər. İsrail ordusunun Qəzza zolağını atəşə tutması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Onlar arasında 5 aylıq uşaq da var.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub