Ukraynada sərnişin təyyarəsi vurulub: 295 ölü
Ukraynanın Donetsk vilayətində Boeing-777 sərnişin təyyarəsi vurulub.
APA TV-nin məluamtına görə, vurulan təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub. Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində olarkən "Buk" zenit raket kompleksi ilə vurulub. Nəticədə 295 nəfər həlak olub. Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko təyyarənin seperatçılar tərəfindən vurulduğunu iddia edib. Seperatçılar isə, təyyarənin Ukrayna ordusunun antiterror əməliyyatı nəticəsində vurulduğunu bildiriblər. Ukrayan prezidenti Petro Poreşonko isə, təyyarənin Rusiya tərəfdarı olan seperatçılar tərəfində vurulduğunu qeyd edib.
Hadisə yerindən 100 cəsəd çıxarılıb. Digər cəsədlər ətarafa səpələndiyindən axtarışlar davam etdirilir. Əraizyə çoxlu sayda yanğınsöndürən briqadaları və təcili yardım maşınları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub