Bakının mərkəzində yük və iki minik maşını toqquşdu: 2 yaralı
Bakının mərkəzində yük və iki minik maşını toqquşub. APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində, Dəniz vağzalının qarşısında baş verib.
“Shacman” markalı yük maşını, BMW və “Nissan” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
İlkin məlumata görə, “Shacman” markalı yük maşını Neftçilər prospekti ilə hərəkətdə olarkən BMW ona çırpılıb. Toqquşmadan sonra BMW prospektlə hərəkətdə olan “Nissan”a dəyib. Hadisə nəticəsində BMW-nin sürücü və avtomobildəki sərnişin xəsarət alıb. Hələlik adı müəyyən edilməyən sürücünün xəsarətləri daha ağır olub. Hər iki yaralı 1 saylı Kliniki Xəstəxanaya aparılıb.
Qəzadan sonra Neftçilər prospektində tıxac yaranıb.
Faktı Səbail Rayon Polis İdarəsi araşdırırı. “Shacman” markalı yük maşınının sürücüsü dindirilmək üçün polis idarəsinə aparılıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub